Azərbaycanlıların tarixindəki ən ağrılı və qara səhifə: 12 oktyabr 1813-cü il.
Bu gün, 11:54

Azərbaycanlıların ovaxtkı dövləti olan Əfşarlar İmperiyası hökmdar Nadir şahın çadırda yatdığı yerdə xəyanət nəticəsində öldürülməsindən sonra (1747) dağılaraq xanlıqlara parçalanmışdı. Ardınca Ağa Məhəmməd Şah Qacar azərbaycanlıların Səfəvilər və Əfşarlar İmperiyasından sonra növbəti dövləti olan Qacarlar Dövlətini qurub-yaratsa da Araz çayının şimalını (xanlıqları) özünə tam tabe elətdirə bilməmişdi. Şah Qacarın Şuşa yaxınlığında xəyanət nəticəsində öldürülməsindən sonra isə hökmdar Fətəli şah Qacar idi. Bu ərəfələrdə artıq Rus İmperiyasında elm və təhsil inkişaf edir, ordu odlu silahlarla silahlanırdı. Qacarlar Dövləti isə Qərbdə gedən elm-təhsil renezansı ilə ayaqlaşa bilmir, Şərqin ətaləti ilə gedirdi. Güclənməkdə olan Rus İmperiyası isə öz sərhədlərini daha da genişləndirmək, Qafqazı tutub oradan üzü Cənuba isti dənizlərə çıxmaq istəyirdi. Bu istək Qacarlar Dövləti ilə müharibəni qaçılmaz edirdi.
Nəticədə 1804-1813-1828-ci illərdə davam edən Rus-Qacarlar müharibəsi (sovet vaxtı kitablarda qəsdən Rus-İran yazılırdı) Qacarların məğlubiyyəti və böyük ərazi itkisi ilə nəticələndi: Araz çayının şimal hissəsi (indiki Azərbaycan Respublikası) Gülüstan və Türkmənçay müqaviləsi ilə Rus İmperiyasına birləşdirildi. Ardınca qaraçı haylar müxtəlif ərazilərdən toplanaraq kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına (İrəvan və ətraf ərazilərə) köçürüldü.
Qacarların bu müharibədə məğlub olması azərbaycanlıların dövlətçiliyində eniş mərhələsinin başlanğıcı idi. Dövlətçiliyimiz zəiflədiyinə görə irəlidəki illərdə biz azərbaycanlıları Dərbəndin itirilməsi, 1905-07-ci illər qırğını, 1918-ci ilin mart soyqırımı, İrəvanın itirilməsi, 1920-ci ilin bolşevik işğalı, Zəngəzurun itirilməsi, 1937-ci illərin Stalin repressiyaları, 1948-53-88-ci il deportasiyaları, 20 yanvar, Xocalı soyqırımı, Qarabağın işğalı, Naxçıvanın blokadaya alınması və s. faciələr gözləyirdi.
Şəkil: Qacarlar Dövlətinin ikinci hökmdarı Fətəli şah Qacar, Qacarlar Dövlətinin xəritəsi və Gülüstan müqaviləsinin imzalanma mərasiminin təsviri.
Paylaşaq ki, tarixdən dərs çıxarıb gələcəyimizi yaxşı quraq.
Azərbaycanlıların səhifəsi
TEREF

