Xərçəng xəstələrinə ŞAD XƏBƏR: Möcüzəvi dərman sınaqdan KEÇDİ

Bu gün, 00:07           
Xərçəng xəstələrinə ŞAD XƏBƏR:
İlkin və metastatik qaraciyər xərçənginin müalicəsi üçün nəzərdə tutulan Rusiyanın "Hepatoren-MRNC" preparatı klinik sınaqların birinci və ikinci fazalarını uğurla başa vurub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin Rusiya kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib.

Baş onkoloqun sözlərinə görə, dünyada analoqu olmayan bu preparat radioaktiv renium-188 (188Re) izotopu ilə nişanlanmış albumin sferaları əsasında hazırlanıb.

Andrey Kaprin mövzu ilə bağlı deyib: "Dünyada analoqu olmayan innovativ "Hepatoren-MRNC" preparatının I və II faza klinik tədqiqatlarını yekunlaşdırdıq. 188Re ilə nişanlanmış albumin sferalarına əsaslanan bu dərman qaraciyərin ilkin və metastatik xərçəngindən əziyyət çəkən pasiyentlərin müalicəsi üçün nəzərdə tutulub".

Bu innovativ preparat Rusiya nüvə təbabətinin imkanlarının genişləndirilməsi çərçivəsində ərsəyə gətirilib. Onkoloq qeyd edib ki, 2021-ci ildə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin bazasında radiofarmasevtik vasitələrin istehsalı üçün ölkədə ilk nüvə apteki fəaliyyətə başlayıb.

Hazırda həmin müəssisədə onkoloji və bir sıra digər ağır xəstəliklərin müalicəsində istifadə olunan lutesium-177, renium-188 və aktinium-225 əsaslı preparatlar buraxılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi təsiredici maddəsi nimotuzumab olan "Nimolansim" preparatını da qeydiyyata alıb. Bu dərman böyüklərdə qida borusu, baş və boyun şişləri, həmçinin baş beynin bəzi bədxassəli törəmələrinin müalicəsində tətbiq edilir.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]