Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR

Bu gün, 00:02           
Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yeni tərkibində Ramiz Mehdiyevin yerinə iki nəfər seçilib.

YAP-ın Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramiz Mehdiyevin əvvəlki tərkibdə tutduğu yer boşalandan sonra siyahıya Allahverdi Şəmistan oğlu Hacıyev və Heydər Museyib oğlu Hüseynovun adları daxil edilib.

Həm Allahverdi Hacıyev, həm də Heydər Hüseynov YAP-ın qurulmasında yaxından iştirak etmiş "91-lər"dəndir.

Qeyd edək ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.
Nəhayət 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.

Xatırladaq ki, dünən - oktyabrın 16-da YAP İdarə Heyətinin iclasında Veteranlar Şurasının yeni tərkibi təsdiqlənib. Şuranın sədri Arif Rəhimzadə, sədr müavinləri isə Sədaqət Qəhrəmanova və Əli Həsənov olub.

YAP Veteranlar Şurasının yeni tərkibi:

Rəhimzadə Arif Qafar oğlu – sədr
Qəhrəmanova Sədaqət Məmmədyar qızı – sədr müavini
Həsənov Əli Şamil oğlu – sədr müavini
Abasova Adilə Ziyat qızı
Abutalıbov Hacıbala İbrahim oğlu
Cahangirov Asif Baxış oğlu
Cəbiyev Rizvan İsrafil oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əliyev Cəmil Əziz oğlu
Əlizadə Akif Ağamehdi oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Əsgərov Şahlar Qaçay oğlu
Əzizov İbrahim Vahab oğlu
Fərəcov Ədalət Nurulla oğlu
Hacıyev Allahverdi Şəmistan oğlu
Hüseynov Heydər Museyib oğlu
Hüseynov Vaqif Aslan oğlu
Hüseynova Fidumə Məmmədəli qızı
Xəlilov Zahid Abdulla oğlu
İmamverdiyev Sudeyf Bəşir oğlu
İsmayılov Nazim Mehdi oğlu
Qaraşov Arif Xanoğlan oğlu
Qasımzadə Elbay Ənvər oğlu
Qoca Xeyrəddin Sayəddin oğlu
Quliyev Tahir Məhərrəm oğlu
Quliyeva Zərifə Rzaqulu qızı
Mahmudov Yaqub Mikayıl oğlu
Məmmədhəsənov Rafiq Musa oğlu
Məmmədov Elman Camal oğlu
Məmmədov Tahir Tais oğlu
Mərdanov Misir Cumayıl oğlu
Nəsirov Məmməd Yahya oğlu
Novruzov Vahid Tapdıq oğlu
Rzayev Tahir Musa oğlu
Seyidzadə Dilarə Bağır qızı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]