"Qarabağ" - "Neftçi" oyununda 6 qol vuruldu, qalib müəyyənləşmədi

Bu gün, 00:11           
"Qarabağ" - "Neftçi" oyununda 6 qol vuruldu, qalib müəyyənləşmədi
Misli Premyer Liqasının VIII turunda daha bir oyun keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçında "Qarabağ" "Neftçi"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə ilə bitib - 3:3.

"Ağ-qaralar"ın qollarını 11 və 34-cü dəqiqədə Qustavo Klisman, 52-ci dəqiqədə Draqolyub Saviç vurublar. Ağdam klubunda 18-ci dəqiqədə Aleksey Kaşuk, 89-cu dəqiqədə Renaldo Sefas, 90+5-ci dəqiqədə Kadi Borges fərqləniblər.

Hər iki kollektivin 17 xalı var. "Neftçi" ikinci, ehtiyatda daha bir matçı qalan "Qarabağ" üçüncü sıradadır.

Günün ilk görüşündə "Sabah" səfərdə "Qəbələ"ni dörd cavabsız qolla üstələyib.

Xatırladaq ki, tura oktyabrın 18-də yekun vurulacaq. Əvvəlki oyunlarda "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]