Əfqanıstan-Pakistan sərhədində gərginlik: İslamabad ağır artilleriyaya əl atdı

Bu gün, 09:24           
Əfqanıstan-Pakistan sərhədində gərginlik: İslamabad ağır artilleriyaya əl atdı
Əfqanıstan və Pakistan arasındakı dövlət sərhədində silahlı atışma baş verib.

"TOLO News" telekanalı xəbər verir ki, toqquşmalar nəticəsində azı yeddi Pakistan hərbçisi həlak olub, daha altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Atışma Əfqanıstanın Paktiya vilayətinin Dand-Patan bölgəsində, rəsmi Kabilin tanımadığı Durand xətti yaxınlığında baş verib. İnsident zamanı Pakistan sərhəd qoşunlarına məxsus iki müşahidə qülləsi və bir kamera sıradan çıxarılıb.

Mənbənin məlumatına görə, ərazidə atışmalar davam etsə də, gərginlik nisbətən azalıb.

Bildirilib ki, Pakistan Silahlı Qüvvələri Kurram istiqamətində Əfqanıstan taliblərinin açdığı atəşə cavab olaraq ağır artilleriyadan istifadə edib. Cavab tədbirləri nəticəsində Əfqanıstan ordusuna məxsus bir neçə hərbi istehkam dağıdılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]