Burda türistlərin "dərisini" soyurlar - Atəşgah restoranında qiymətlər ikiqat şişirdilir VİDEO

Bu gün, 10:04           
Burda türistlərin "dərisini" soyurlar -
Atəşgah restoranında xarici turistlər qiymətlərin şişirdilməsi ilə bağlı narazılıq yaşayıblar.

Bizimesr.info xəbər verir ki, turist xanımın sözlərinə görə, sifarişin real dəyəri 108 manat olsa da, onlara ilkin olaraq 180 manatlıq hesab təqdim edilib. Müştərilər etiraz etdikdən sonra restoran əməkdaşları dörd dəfə fərqli hesab gətiriblər. Hər dəfə məbləğ təxminən 20 manat azaldılıb və sonda ilkin, real qiymətə uyğun hesab təqdim olunub.

Bir saatdan çox davam edən mübahisədən sonra turistlər hesabı ödəyərək restoranı tərk ediblər. Ziyarətçilər turistik məkanlarda bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumları məsələyə diqqət yetirməyə çağırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]