Bayılda yol aylardır niyə bağlıdır? - Video

Bu gün, 08:44           
Bayılda yol aylardır niyə bağlıdır? - Video
Bakıda yolun aylardır nəqliyyatın hərəkəti üçün bağlı qalması sakinlərin narazılığına səbəb olur.

TEREF "Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Cavidan İbrahimli küçəsindən gedir.


Ərazi beton plitələrlə bağlanıb. Sakinlərin sözlərinə görə, gündəlik gediş-gəliş üçün istifadə etdikləri bu ərazidə hələ də heç bir təmir işinə başlanılmayıb. Küçənin aşağı hissəsindən keçən yollarda tıxac yaranır, yuxarı hissədəki alternativ yol isə aylardır bağlıdır.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Hazırda araşdırma və layihələndirməyə hazırlıq işləri aparılır.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Yaponiya şirkətinin mütəxəssisləri ərazidə geoloji tədqiqatlar aparırlar.

Tədqiqatlar başa çatdıqdan sonra müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]