Transxəzər kabel xətti Azərbaycanın iqtisadi imkanlarını necə dəyişəcək? - Video

Bu gün, 12:04           
Transxəzər kabel xətti Azərbaycanın iqtisadi imkanlarını necə dəyişəcək? - Video
Məlumat axınlarına nəzarət və rəqəmsal infrastruktur müasir dövrdə ölkələrin geosiyasi və iqtisadi gücünü müəyyən edən əsas amillərdəndir.

Baku TV-nin məlumatına görə, oktyabrın 15-də Bakıda Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Transxəzər fiber-optik kabel xəttinin açılışı rəqəmsal Orta Dəhlizin inkişafı baxımından mühüm hadisə olub.

Onun sözlərinə görə, Azərbaycan nəqliyyat dəhlizləri ilə kifayətlənməməli, bu imkanlardan sənaye kooperasiyasının qurulması və iqtisadi faydanın artırılması üçün də yararlanmalıdır.

Ekspert qeyd edib ki, rəqəmsal infrastrukturun inkişafı Mərkəzi Asiya ölkələri ilə yanaşı, Asiya və Avropa arasında informasiya mübadiləsini də genişləndirə bilər. O bildirib ki, gələcəkdə data mərkəzlərinin yaradılması və bu sahədə ixtisaslaşma Azərbaycanın yeni texnoloji mərhələyə uyğunlaşmasına kömək edə bilər.

Emin Qəriblinin fikrincə, beynəlxalq əməkdaşlığın və sənaye kooperasiyasının genişləndirilməsi rəqabətqabiliyyətli məhsulların istehsalı üçün də imkanlar yaradacaq. Ekspert vurğulayıb ki, Azərbaycanın əsas hədəfi yeni texnologiyaları mənimsəyərək dünya iqtisadiyyatına inteqrasiyanı gücləndirmək olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]