Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO

Bu gün, 12:18           
Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Balaxanı qəsəbəsində yerləşən “Neftçi Kafe”dən alınan xaşın vəziyyəti müştərinin narazılığına səbəb olub. İddialara görə, sifariş edilən xaşın içərisində çoxlu sayda tük olub.

“Real Azərbaycan” xəbər verir ki, Tamerlan Babayev bu barədə “Facebook” sosial şəbəkəsindəki “Müştəriyəm Şikayətim Var” qrupunda paylaşım edib.

Onun sözlərinə görə, məsələ ilə bağlı kafe ilə əlaqə saxladıqda müəssisə əvvəlcə xaşın onlara aid olmadığını və özlərində belə halın baş vermədiyini bildirib. Daha sonra isə yeməyin kuryer tərəfindən çatdırılarkən dəyişdirilə biləcəyi iddia olunub.

Tamerlan Babayev qeyd edib ki, müxtəlif bəhanələr səsləndirilsə də, müştəridən üzr istəmək əvəzinə sonradan “Wolt” şirkətinin adından ona zənglər edilib.

Müştərinin narazılığına səbəb olan əsas məqam isə iddiaya görə, yeməyin keyfiyyəti ilə bağlı yaranmış problemin aydınlaşdırılması əvəzinə məsuliyyətin bir tərəfdən digərinə yönəldilməsidir.

“Sadəcə biyabırçılıq!” – deyə Tamerlan Babayev paylaşımında bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]