Zelenski Uitkoff və Kuşnerlə Ukraynada sülh məsələsini müzakirə edib

Bu gün, 09:24           
Zelenski Uitkoff və Kuşnerlə Ukraynada sülh məsələsini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb.
APA xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, tərəflər Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün nəticələrini və diplomatik prosesin növbəti mərhələlərini müzakirə ediblər.

“Komandalarımız faktiki olaraq daim əlaqə saxlayır. Biz diplomatik sahədə növbəti addımları da hazırlayırıq. Tərəfdaşlarımızı Rusiyanın bir an belə dayanmayan hücumları və hava hücumundan müdafiə məsələləri ilə bağlı real vəziyyət barədə mütəmadi məlumatlandırırıq”, – Zelenski bildirib.

Ukrayna Prezidenti vurğulayıb ki, sülh prosesində ABŞ-ın mövqeyindən çox şey asılıdır.

Onun sözlərinə görə, Ukrayna konkret nəticə əldə etmək üçün konstruktiv və səmimi əməkdaşlığı davam etdirməyə hazırdır.

“Sülh yalnız güc və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq sayəsində əldə olunur”, – Zelenski qeyd edib.

O əlavə edib ki, Ukrayna ABŞ-ın mövqeyinin güclü olması və müharibənin başa çatdırılmasına kömək etməsi üçün mümkün olan bütün addımları atır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]