Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq

Bu gün, 10:18           
Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casem Məhəmməd əl-Bədəvi İranın üzv dövlətlərə qarşı təkrarlanan hücumlarını pisləyib.

"Azad İran"ın "Telegram" kanalı xəbər verir ki, əl-Bədəvi bu barədə Manamada keçirilən Şuranın Nazirlər Şurasının iclasında danışıb. O, hücumların üzv ölkələrin suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib.

Əl-Bədəvi vurğulayıb ki, İranın KƏŞ-ə üzv dövlətlərə qarşı hücumlarına göz yummaq olmaz. Onun sözlərinə görə, bu hərəkətlər həmin ölkələrin təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid yaradır.

KƏŞ-in baş katibi Hörmüz boğazındakı vəziyyətə də toxunub. O bildirib ki, İranın hərəkətləri boğazda gəmiçiliyin təhlükəsizliyini təhdid edir. Əl-Bədəvinin sözlərinə görə, bu mühüm beynəlxalq su yolundan təzyiq vasitəsi kimi istifadə cəhdləri beynəlxalq ticarət və qlobal enerji təchizatı üçün ciddi risklər yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]