Ukrayna bu ölkədən üzr istədi

Bu gün, 09:44           
Ukrayna bu ölkədən üzr istədi
Ukrayna dronunun Litvanın hava məkanına daxil olması ilə nəticələnən insidentə görə Vilnüsdən üzr istəyirik.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy deyib.

"Bu gün səhər saatlarında Litvanın hava məkanında baş verən insidentə görə təəssüf edirik. İnsidentə Rusiya ərazisindəki legitim hərbi hədəflərə qarşı əməliyyat zamanı dronların kursunu dəyişmiş Rusiya radioelektron mübarizə vasitələri səbəb ola bilər. Bunun səbəb ola biləcəyi bütün narahatlıqlara, risklərə və təşvişə görə üzr istəyirik. Regionumuzda təhlükəsizliyə təhdidlərin əsas səbəbi olan Rusiyanın təcavüzünə qarşı Ukraynaya göstərdiyi dəstəyə görə müttəfiqimiz Litvaya səmimi qəlbdən təşəkkür edirik”,- o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]