"Real" Mbappenin dublu sayəsində "Sevilya"nı darmadağın etdi - Video

Bu gün, 09:08           
"Real" Mbappenin dublu sayəsində "Sevilya"nı darmadağın etdi - Video
İspaniya La Liqasının IX turunda Madridin "Real" klubu doğma meydanda "Sevilya"nı 4:1 hesabı ilə məğlub edib.

Oxu.Az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən görüşdə hesabı 30-cu dəqiqədə Arda Güler açıb. Yarımmüdafiəçi Yan Diomandenin ötürməsindən sonra dəqiq zərbə ilə fərqlənib.

37-ci dəqiqədə hücumçu Kilian Mbappe qapıçı ilə dueldən qalib ayrılaraq "Real"ın üstünlüyünü ikiqat artırıb. 63-cü dəqiqədə isə fransalı futbolçu özü qazandığı penaltini qola çevirib.

80-ci dəqiqədə "Sevilya"nın yarımmüdafiəçisi Manuel Bueno fərqi azaldıb. Lakin cəmi iki dəqiqə sonra Yan Diomande Madrid klubunun dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra "Real" 21 xalla La Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Sevilya" isə 14 xalla altıncı yerdədir.

Növbəti turda Madrid klubu səfərdə özündən altı xal öndə olan "Barselona" ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]