SON DƏQİQƏ! Kim Çen komaya düşdü – YENİLƏNİR

Bu gün, 08:38           
SON DƏQİQƏ! Kim Çen komaya düşdü – YENİLƏNİR
Şimali Koreya lideri Kim Çen İnin beyin qanaması keçirdikdən sonra komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı iddia olunur.

TEREF xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Sun” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, sosial şəbəkələrdə yayılan iddialarda Kim Çen İnin Pekindəki Peking Union Medical College xəstəxanasına aparıldığı bildirilir. Buna səbəb kimi Şimali Koreyanın paytaxtı Pxenyanda tibbi imkanların yetərsiz olduğu göstərilir.

Qeyd edək ki, Kim Çen İnin beyin qanaması keçirməsi, komaya düşməsi və Çində müalicə alması barədə məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.//Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]