ADY qatarlarında müsibət - VİP yerlər boş qalır, sərnişinlər buraxılmır - VİDEO
Bu gün, 00:02
Azərbaycan Dəmir Yolları QSC-nin qatarlarında yaranan sıxlıq sərnişinlərin narazılığına səbəb olur. İnsanlar işə gecikməmək üçün sıxlığa baxmayaraq qatarlara minməyə məcbur qalırlar.
Bizimesr.info xəbər verir ki, sərnişinlərin narazılığını artıran digər məqam isə qatarlarda VİP yerlər boş olsa da, digər sərnişinlərin həmin yerlərə buraxılmamasıdır.