KİMLİK MƏSƏLƏSİ
Bu gün, 09:17

Nə Səlcuqlar, nə də Osmanlılar
Türk kimliyini layiqincə daşıya bilmədilər.
Səlcuqlar Türk dastanlarını Firdovsinin Pers qəhrəmanlarına dəyişdilər;
Osmanlı isə Ərəb nağıllarına…
Səlcuqlu İmperatorluğunu quranlar:
Selçuk, Tuğrul, Alpaslan (Türk adları);
İmperiyanın süqutunda:
Keyhosrov, Keyqubad, Keykavus (Fars adları).
Osmanlı İmperatorluğunu quranlar:
Ertuğrul, Ataman, Orhan (Türk adları);
Osmanlının süqutunda:
Abdulazız, Abdulmecit, Vahdeddın (Ərəb adları).
Eyni səhvlərə öz dövrlərində Göktürklər və Uyğurlar da yol veriblər.
Biz Türklərin ən zəif tərəfidir bu.
Su kimiyik biz, istənilən qabın şəklini ala bilirik.
Orxon-Yenisey abidələrində dövlətin dağılma səbəblərindən birinin çinliləri təqlid etmək, onlara bənzəmək istəyi göstərilir.
Osmanlının Tənzimat dövründə fransızca heyranlığı;
Türkiyə Cumhuriyyətinin qurulduğu dövrdə ingilis dilinin istilası;
Azərbaycanın rus dili heyranlığı…
Milli kimliyini itirsən hər şeyini batırırsan…
Hakimiyyətin sona çatır, itib keçmiş olursan...
Ey Türk, Titrə və Özünə Dön.
***
Bilelim ki milli benliğini bilmeyen milletler başka milletlere yem olurlar…
–Atatürk
https://t.me/ibrahim_nebioglu
TEREF

