Vuçiçdən Putin və Zelenski ilə bağlı vacib proqnoz

Bu gün, 09:34           
Vuçiçdən Putin və Zelenski ilə bağlı vacib proqnoz
Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bunu ölkə prezidenti Aleksandar Vuçiç deyib.

O, rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində Serbiyanın bu mövqeyinin Avropa İttifaqı və dünya üçün mühüm mesaj olduğunu vurğulayıb.

Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasından danışan Vuçiç sonda Prezident Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenskinin danışıqlar masasına əyləşəcəyini düşündüyünü açıqlayıb.

“İnsanların Valeri Zalujnının, Fyodorovun və ya başqa bir şəxsin seçkilərdə Zelenskini asanlıqla məğlub edə biləcəyini düşünməsinə baxmayaraq, mən buna inanmıram. Hesab edirəm ki, danışıqlar masasına məhz Putin və Zelenski əyləşəcəklər. Lakin həmin vaxt onlardan birinin mövqeyi əhəmiyyətli dərəcədə üstün olacaq”, – deyə Vuçiç vurğulayıb.

Serbiya prezidenti danışıqlar zamanı hansı liderin daha üstün mövqeyə malik olacağını açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]