SPARTAN TƏRBİYƏSİ
Bu gün, 08:34

Afinalı spartalıdan soruşdu:
-Ər və arvadın xəyanətinə görə Spartada cəza var?
-Heç cür, - deyə o cavab verdi. Afinalı əl çəkmirdi. Spartalı dedi:
- Elə öküzü qurban vermək lazımdır ki, Tayhet dağında dayandığı halda Avrot düzündən su içsin.
-Məgər belə bir öküz cinsi olurmu?
-Bəs Spartada ər-arvad xəyanəti olurmu?
Hərbi dövlətdə qadınlar ərlərinə uyğun idilər: qoçaq, güclü, dözümlü. Onlar Yunanıstanın başqa yerlərində olduğu kimi dustaq yaşamırdılar, onlarla hesablaşırdılar. Spartalı qadına demişdilər: “Yalnız Spartada ərlər arvadlarına qulaq asırlar”. “Çünki yalnız Spartada qadınlar əsl ərlər doğurlar”, -deyə spartalı qadın cavab vermişdi.
Spartalı qadın döyüşə beş oğlunu göndərmişdi və darvazanın yanında xəbər gözləyirdi. Qasid gəldi.
-İşlər necədir?
-Beşi də həlak olub, -deyə qasid cavab verdi.
-Mən onu soruşmuram: kim qalib gəldi?
- Biz.
-Onda mən xoşbəxtəm ki, onlar qələbə üçün həlak olublar, - deyə ana cavab verdi.
Spartalı yeni doğulmuş körpəsini ağsaqqallar şurasına gətirirdi. Onu müayinə edirdilər. Spartada yalnız güclü və sağlam uşaqlar böyüməli idi. Spartalılar ilk növbədə vuruşmağı və güləşməyi öyrənirdilər. Güləş müəllimləri yox idi: spartalı hiyləgər üsullarla deyil, gücü və şücaəti ilə qələbə çalmalı idi. Spartalılara olimpiya və digər idman yarışlarında iştirak etmək qadağan edilirdi: “Spartaya atletlər deyil, döyüşçülər lazımdır”.
Gənclərə qocalara hörmət etməyi öyrətmişdilər. Olimpiya oyunları zamanı bir qoca tamaşaçılar arasında özünə yer axtarırdı. O, oturacaqların arası ilə keçib-gedirdi, lakin yer yox idi. Qoca spartalı yeniyetmələrin oturduğu oturacaqlara çatdı, hamı bir nəfər kimi qarşısında dik qalxıb ona yerini verdi. Stadionu alqış səsləri bürüdü. Qoca ucadan dedi: “Bütün yunanlar bilir ki, yaxşı nədir, ancaq təkcə spartalılar yaxşı hərəkət etməyi bacarırlar”. Başqa biri dedi: “Yalnız Spartada qocalana qədər yaşamağa dəyər”.
Onlar düz və sadə olmağı, boş şeylərlə məşğul olmamağı öyrənirdilər. Qonaq spartalıya deyir: “Mən bir ayağım üstdə səndən daha çox dayanaram”. Spartalı cavab verir: “Mənim qazım isə səndən də çox dayanar”. Spartalıya bülbül kimi oxuyan müğənniyə qulaq asmağı təklif edirlər. “Mən bülbülün özünü eşitmişəm”, -deyə spartalı cavab verir.
Bir çox illərdən sonra, artıq Sparta zəifləyən dönəmdə Makedoniya çarı spartalıları məğlub etdi və onlardan əlli gənc girov istədi. Spartalılar cavab verdilər: “Yaxşısı budur, böyükləri götürün, biz istəmərik ki, gənclərimiz bizə Spartasayağı tərbiyə görməmiş kimi qayıtsınlar”.
Etibar Əliyev
TEREF

