İran Prezidenti: "ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır"

Bu gün, 09:43           
İran Prezidenti: "ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır"
ABŞ tərəfi İranla danışıqlardan əvvəl Tehrana qarşı təzyiq, təhdid və sanksiyaları aradan qaldırmalıldır.
"Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistan Quru Qoşunlarının komandanı Asim Munirlə görüşdə bildirib.

"Xalqımız bu gün Amerikaya etibar etmir və hesab edir ki, əgər danışıqlar aparsaq, yenidən bizə hücum edəcəklər", - o deyib. Pezeşkianın sözlərinə görə, Vaşinqton İran sakinləri arasında qeyri-sabitlik yaratmaq üçün informasiya savaşı aparır.

Pezeşkian bildirib ki, İran heç bir dövlətə hücum etməsə də, hərbi aqressiya qarşısında təslim oplmayacaq: "Müharibə bütün bölgə üçün dağıntı və zərərə səbəb olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]