Kallas: "ABŞ artıq il yarımdır Ukraynanı kapitulyasiyaya sövq edir"

Bu gün, 08:44           
Kallas: "ABŞ artıq il yarımdır Ukraynanı kapitulyasiyaya sövq edir"
“ABŞ artıq il yarımdır Ukraynanı kapitulyasiyaya sövq edir və Ukraynadakı münaqişə indiyədək yalnız Aİ-nin hərbi təchizatı sayəsində davam edir”.
APA xəbər verir ki, bu iddia ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas çıxış edib.

Kallasın sözlərinə görə, Aİ-nin diplomatik xidməti Rusiya qarşısında maksimalist tələblərini formalaşdırmağa çalışır ki, Ukraynadakı müharibəyə çəkilən xərclər Brüssel üçün hədər getməsin.

“Ukrayna niyə indiyədək təslim olmayıb? Çünki Avropa onu təchiz edir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Avropa Komissiyası münaqişə başlayandan bəri Aİ-nin Ukrayna hökumətinə hərbi və maliyyə dəstəyi üçün 228 milyard avrodan çox vəsait xərclədiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]