PSJ - "Barselona" matçında altı qol vuruldu - Video

Bu gün, 11:36           
PSJ - "Barselona" matçında altı qol vuruldu - Video
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin III turu çərçivəsində Fransanın PSJ klubu evdə İspaniyanın "Barselona" komandasını qəbul edib.

Oxu.Az xəbər verir ki, Parisdə keçirilən matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2.

Matç hər iki komanda üçün zədə itkiləri ilə başlayıb. 20-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Usman Dembele zədələnərək yerini Ferran Torresə verib. 27-ci dəqiqədə isə "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo zədə səbəbindən əvəzlənib.

38-ci dəqiqədə PSJ-nin vinqeri Dezire Due hesabı açaraq komandasını irəli çıxarıb (1:0). 55-ci dəqiqə: "Barselona"nın müdafiəçisi Xavi Espart bərabərlik qolunu vurub (1:1). 72-ci dəqiqədə Paris təmsilçisinin müdafiəçisi Lyuka Ernandes meydan sahiblərini yenidən önə keçirib (2:1).

79-cu dəqiqədə qonaqların gənc ulduzu Lamin Yamal hesabı bərabərləşdirib (2:2). 81-ci dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Vitinya komandasının üçüncü qoluna imza atıb (3:2). 86-cı dəqiqədə isə Fabian Ruis matçda son nöqtəni qoyaraq yekun hesabı müəyyənləşdirib (4:2).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]