XXI əsrin gələcəyi bu regionda həll olunacaq – Rubiodan gözlənilməz açıqlama

Bu gün, 12:34           
XXI əsrin gələcəyi bu regionda həll olunacaq –
ABŞ dövlət katibi Marko Rubio XXI əsrin gələcəyinin böyük ölçüdə Cənubi Asiyada baş verəcək hadisələrdən asılı olacağını bildirib. O, Hindistanın dünya siyasətində artan rolunu xüsusi vurğulayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri məlumat yayıb.

“XXI əsrə nəzər salsaq, görərik ki, bu tarix məhz adıçəkilən regionda yazılır. Bu, həm də elə indi baş verir. Bir gün kimsə XXI əsrin tarixi haqqında kitab yazacaq. Həmin kitabda dünyanın digər regionlarına da yer ayrılacaq. Lakin XXI əsrin gedişatını bu regionda baş verəcək hadisələr müəyyən edəcək. Bu, istər müsbət, istərsə də mənfi istiqamətdə ola bilər”, – deyə ABŞ dövlət katibi bildirib.

Rubio Hindistanı güclü və nüfuzlu dövlət adlandırıb. O, Vaşinqtonla Yeni Dehli arasındakı münasibətlərin XXI əsrin inkişaf istiqamətinin müəyyənləşməsində mühüm rol oynayacağını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]