Özgür Özəl bir müddət əvvəl Ədliyyə naziri Akın Gürləkə aid 16 əmlakın "kupçasını" paylaşıb- Məhkəməyə verildi
Bu gün, 12:44
Türkiyədə müxalif Yeni Partiyanın sədri Özgür Özəl bir müddət əvvəl Ədliyyə naziri Akın Gürləkə aid 16 əmlakın "kupçasını" paylaşıb haradan, necə əldə etdiyinə dair açıqlama tələb etmişdi. Sayın Gürlək də bunu iftira adlandırıb Özəli məhkəməyə verib mənəvi ziyana görə təzminat tələb etmişdi. Ən maraqlısı bundan sonra baş verənlərdi. Məhkəmədə Özəlin vəkilləri sözgüdən əmlakların (reyestr nömrələri açıqlanıb) aidiyyatı dövlət qurumundan sorğu edilməsi barədə vəsatətə verib. Ki, əmlakların həqiqətən nazirə məxsus olub-olmaması aydınlaşdırılsın. Akın Gürləkin vəkilləri də vəsatətin təmin edilməməsi, arayışın tələb edilməməsi barədə vəsatətə veriblər. İstanbulun 3-cü Mülki Hüquq Məhkəməsi Gürlekin iddiasını təmin edib. Məhkəmənin qərarı belədir: - Özgür Özəl Akın Gürlekə 750 min Türkiyə lirəsi mənəvi təzminat ödəməlidir. Məbləğə 17 mart 2026-cı ildən etibarən qanuni faiz hesablanacaq. - Özəlin Gürlekə qarşı açdığı 1 milyon 100 min lirəlik qarşılıqlı iddia rədd edilib. Elchin Rustamli