Şahzadə Harri ailəsi ilə barışmaq istəyir

Bu gün, 15:34           
Şahzadə Harri ailəsi ilə barışmaq istəyir
Böyük Britaniya Şahzadəsi Harri atası Kral III Çarlz və qardaşı Şahzadə Uilyamla münasibətlərini bərpa etmək istədiyini bildirib.

Teleqraf xəbər verir ki, Şahzadə Harri bu barədə Nyu-Yorkda “GQ” jurnalına müsahibəsində bildirib.

Şahzadə Harri keçmişdəki şikayətlərə toxunaraq, baş verənlərin izlərinin tamamilə yox olmadığını, lakin irəliləməyin və məsələlərə yanaşmanı dəyişdirməyin hər kəs üçün faydalı olacağını vurğulayıb: "Bəzi insanlar münasibətlərin düzəlməsini istəmir. Amma mən bunun baş verməsini istəyirəm. Dünyada baş verən bütün hadisələri nəzərə alsaq, ən vacib məsələ barışmaqdır. Əsas məqam da budur".

2020-ci ildə İngiltərədən Amerikaya köçən cütlük bu yaxınlarda İngiltərəyə qayıdıb. Şahzadə Harri bildirib ki, onların qayıtmasında ən böyük amillər uşaqlarının təhsili və ailələrinə daha yaxın olmaları olub.

Uşaqların İngiltərədəki həyata və məktəbə nə qədər yaxşı uyğunlaşmasından məmnunluğunu ifadə edən Harri ailəsinə daha yaxın yaşamağın onun üçün vacibliyinə toxunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]