İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır
Bu gün, 15:28
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 304 A ünvanında yerləşən 0,04927 ha torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası bu ilin iyul ayının 7-də icra məmurlarının sifarişi əsasında hərraca çıxarılıb. Yeniavaz.com xəbər verir ki, hərraca çıxarılan obyektin sahəsi 446,6 kv. metr, otaqların sayı isə 3 olub. İyul ayında hərraca çıxarılan obyektin ilkin bazar dəyərinin 400 min manat, minimum satış qiymətinin isə 340 min manat olduğu bildirilib. Qeyd edək ki, təxminən 3 ay əvvəl icra məmurlarının 340 min manata satışa çıxardığı torpaq sahəsi və obyekt hazırda aparıcı elan saytlarından birində fərdi mülkiyyətçi tərəfindən alıcılara 1 milyon 290 min manata təklif olunur.