Siçanların beynini hüceyrə səviyyəsində izləyən mikroskop hazırlandı

Bu gün, 16:17           
Siçanların beynini hüceyrə səviyyəsində izləyən mikroskop hazırlandı
Çin alimləri siçanların təbii mühitə yaxın şəraitdə baş beynindəki neyronların fəaliyyətini tək hüceyrə səviyyəsində qeydə ala bilən simsiz mikroskop hazırlayıblar. "Airscope" adlandırılan cihaz Sinhua Universitetinin professoru Day Tsyunhayın rəhbərlik etdiyi komanda tərəfindən digər tədqiqatçılarla əməkdaşlıq çərçivəsində hazırlanıb.

"Sinhua" agentliyi xəbər verir ki, cihazın çəkisi cəmi bir qramdır.

İnteqrasiya olunmuş dizayn və sistemin optimallaşdırılması sayəsində mühəndislər iki meqapiksellik sensoru cəmi bir qram çəkisi olan korpusa yerləşdirə biliblər. Cihaz məlumatları öz daxilində sıxaraq meqapiksellik təsvirləri simsiz şəbəkə vasitəsilə ötürür. Bunun sayəsində 6 millimetrlik görüntüləmə sahəsində 4-6 mikrometr dəqiqliyə nail olunur.

Cihazı təbii şəraitə yaxın mühitdə sınaqdan keçirmək üçün bioloqlar siçanları qəfəslərdən çıxararaq gizlənmə yerləri, panduslar və taxta evciklərlə təchiz edilmiş, sahəsi 5 kvadratmetr olan geniş volyerə yerləşdiriblər. Belə şəraitdə siçanlar qəfəsdə olduqları vaxtla müqayisədə iki dəfə daha sürətlə hərəkət edib, qazma, dırmaşma və sosial təmaslar da daxil olmaqla, 16 müxtəlif mürəkkəb davranış nümayiş etdiriblər.

Gələcəkdə cihazın immunologiya və onkologiya sahələrinin ehtiyaclarına uyğunlaşdırılması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]