"Bavariya" evdə "Arsenal"la bacarmadı: Çempionlar Liqasında günün nəticələri - Video

Bu gün, 08:44           
"Bavariya" evdə "Arsenal"la bacarmadı: Çempionlar Liqasında günün nəticələri - Video
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində III tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun ikinci oyun günündə mərkəzi qarşılaşma "Bavariya" və "Arsenal" komandaları arasında baş tutub.

Münhen şəhərində keçirilən oyun qollu heç-heçə ilə yekunlaşıb.
25-ci dəqiqədə londonluların yarımmüdafiəçisi Ebereçi Eze dəqiq zərbə ilə hesabı açaraq komandasını hesabda önə çıxarıb. Münhen klubunun müdafiəçisi Alfons Devis 10 dəqiqə sonra tarazlığı bərpa edib. 61-ci dəqiqədə "Bavariya"nın hücumçusu Harri Keyn penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. Əsas vaxtın bitməsinə 8 dəqiqə qalmış londonluların yarımmüdafiəçisi Deklan Rays səhnəyə çıxaraq matçda son nöqtəni qoyub və komandasını məğlubiyyətdən xilas edib - 2:2. Çempionlar Liqasında günün digər nəticələrini təqdim edirik: "Komo" - "Mançester Yunayted" - 4:1; "Lill" - "Qalatasaray" - 2:4; "Aston Villa" - "Vikinq" - 3:1; "Real Betis" - "Feyenoord" - 1:0; "Brügge" - "Lans" - 3:0; "İnter" - "Şaxtyor Donetsk" - 1:0; "Real Madrid" - "Leypziq" - 4:1; "Sportinq" - LASK - 2:3.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]