Burada gənc Səfəvi qızı təsvir edilib. Başında qızıl lələkli orjinal örtük var.
Bu gün, 08:14
1575-ci ilə aid portret. Burada gənc Səfəvi qızı təsvir edilib. Başında qızıl lələkli orjinal örtük var. Quş lələkli taclar şaman ənənəsindən gəlir. Portret naməlum rəssam tərəfindən çəkilib və hazırda Dallas muzeyində saxlanılır. Bu fotonu niyə paylaşdım? Bir vətəndaş yazıb ki, hicab bizə Allahın əmanəti olduğu qədər tariximizin, Səfəvilərin də əmanətidir. Bəzən hansısa dəyəri müdafiə edərkən, tarix ilə manipulyasiya etmək istəyirlər ki, qüvvətli olsun. Amma elə etmək lazım deyil. Biz hələ buralardayıq. Tamam, siz öz fikrinizdə haqlısınız, lakin Səfəvilərin heç bir miniatüründə, onlardan qalan yazılarda hicab adına rast gəlməmişəm. Onların saraylarındakı xanımıar haqqında çox məlumatlar var. Hamısı uzun saçlı, altun saçlı xanımlar olublar. Örtüklər də o dövr üçün milli örtüklər olub. Şehla Cabbarlı