Heydər Əliyevin sabiq mətbuat katibi vəzifəyə təyin olundu

Bu gün, 11:34           
Heydər Əliyevin sabiq mətbuat katibi vəzifəyə təyin olundu
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsinə Qahirə Müslüm qızı Hüseynova təyin olunub.

TEREF xəbər verir ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O həmçinin Ümummilli Lider Heydər Əliyevin mətbuat katibi olub.

Qahirə Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Həmçinin ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Unikal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]