ABŞ öz diplomatlarını Körfəz ölkələrini tərk etməyə çağırdı

Bu gün, 10:45           
ABŞ öz diplomatlarını Körfəz ölkələrini tərk etməyə çağırdı
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin bütün əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib.

Bu barədə AFP agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyndəki ABŞ diplomatik nümayəndəliklərinin əməkdaşlarının ailələrinə də həmin ölkələrdən getmək göstərişi verilib.

Qeyd edək ki, daha əvvəl "Reuters" ABŞ Dövlət Departamentinin Körfəz regionundakı bir sıra səfirliklərin bəzi əməkdaşlarının və onların ailələrinin ölkədən çıxarılması barədə göstəriş verməyə hazırlaşdığını yazıb. Agentliyin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, qərar Yəməndəki husilərlə qarşıdurmanın yenidən alovlanması ehtimalı ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]