İrandaTrampı dəmir barmaqlıqlar arxasına atdılar - Video

Bu gün, 17:34           
İrandaTrampı dəmir barmaqlıqlar arxasına atdılar - Video
İranın paytaxtı Tehranda ABŞ prezidentinə qarşı etiraz xarakterli aksiya keçirilib.

Anadolu agentliyi xəbər verir ki, Tehranın Təcriş meydanında ABŞ Prezidenti Donald Trampı canlandıran aktyorun improvizə edilmiş həbsxanada dəmir barmaqlıqlar arxasında saxlanıldığı simvolik installyasiya qurulub.

Reklam lövhəsi formasında hazırlanan qurğuda Tramp obrazındakı aktyor prezidentin xarakterik jest və hərəkətlərini təqlid edib.

Qurğunun üzərində ABŞ-nin İranın Minab şəhərindəki "Şəcərə Tayyibə" məktəbinə və Sirik şəhərindəki toy evinə endirdiyi zərbələri xatırladan yazılar da yerləşdirilib.

Aksiya ABŞ-nin hərəkətlərinə qarşı etirazın simvolik ifadəsi və İranda mülki obyektlərə endirilən zərbələrin xatırladılması məqsədi daşıyıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]