PAKİSTANIN MƏŞHUR QIZILBAŞ AİLƏSİ

Bu gün, 11:04           
PAKİSTANIN MƏŞHUR QIZILBAŞ AİLƏSİ
PƏNCABIN QIZILBAŞ AİLƏSİ (ƏLİ RZA XANIN NƏSLİ) - əslən ŞİRVANDAN olan, bir zamanlar PƏNCAB (PAKİSTAN) və ƏFQANISTANDA, qızılbaş mənşəli nüfuzlu AZƏRBAYCAN ailəsi idi.
AİLƏNİN ən əhəmiyyətli nümayəndələrindən biri, Birinci İNGİLİS-ƏFQAN müharibəsində (1839-1842) və HİNDİSTANDA ingilislərə kömək etməsi ilə tanınan ƏLİ RZA XAN QIZILBAŞ idi.
NƏSLİN TARİXİ.
ƏLİ RZA XANİN babası SƏRDAR ƏLİ XAN, XƏZƏRİN qərb sahilində, QIZILBAŞ türklərinin məskunlaşdığı və bir çox nəsillərin hökmranlıq etdiyi ŞİRVAN əyalətini ilk tərk edən şəxs oldu.
1738-ci ildə GİLZAYLARI sıxışdıraraq XORASANI ələ keçirən NADİR ŞAH HİNDİSTANA qarşı yürüşə hazırlaşanda ƏLİ XANI və digər nəcib qızılbaşları özü ilə apardı.
ƏLİ XAN yürüş zamanı orduda idi və Hindistandan qayıtdıqdan sonra NADİR tərəfindən QƏNDƏHAR valisi təyin edildi. Digər Qızılbaş zadəganlara KABİL və PİŞƏVƏRİN idarəsi həvalə edildi.
BÖYÜK nüfuza sahib QIZILBAŞ ailəsi PƏNCABDA İslamın inkişafına güclü töhfə vermişdilər.
FƏTX ƏLİ XAN (1862-1923) xeyriyyəçiliklə yanaşı, müsəlmanların təhsili ilə də məşğul idi. Hindular ingilis dilini bilməyin hansı iş perspektivləri verəcəyini təxmin etdikdə, bu yolla müsəlmanları üstələmək istədilər.
FƏTX ƏLİ XAN, niyyətlərini öncədən görərək, müsəlmanları maarifləndirməyə başladı, LAXORDA bir məktəb və kollec tikdi. Həm də öz pulu ilə LAXOR xəstəxanasında həkimlər üçün bir blok tikdirdi.
FƏTX ƏLİ XAN, PƏNCAB LİDERLƏRİ CƏMİYYƏTİNİN, PƏNCAB MÜSƏLMAN BİRLİYİNİN və digər təşkilatların PREZİDENTİ idi.
İNGİLTƏRƏDƏN sonrakı müstəqil PAKİSTANIN görkəmli simaları arasında HƏRBİ HAVA QÜVVƏLƏRİNİN keçmiş RƏİSİ SAYED BABAR ƏLİ, GENERAL HÜSEYN MEHDİ, PAKİSTANIN BAŞ NAZİRİ və MALİYYƏ NAZİRİ və FRANSADAKI SƏFİRİ MÜZƏFFƏR ƏLİ QIZILBAŞ və PAKİSTANDA QADIN HÜQUQLARI MÜBARİZƏÇİSİ, qardaşı qızı ŞAHTAC QIZILBAŞ var.
FOTODA FƏTX ƏLİ Əli XAN QIZILBAŞDI (1862-1923)
ANLADİGİNİZ qədər, PAKİSTAN-AZƏRBAYCAN qardaşlığının səbəbi nə İQTİSADİ, nə də SİYASİ maraqlardı, birbaşa TARİXİ ƏLAQƏLƏRİN təbii nəticəsidi.
TÜRKÜN SƏSİ 1/7 səh.
Sevda Amanova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]