Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?

Bu gün, 10:38           
 Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
Sakinlər onlardan xəbərsiz yaşadıqları binanın zirzəmisinin özəlləşdirilməsinə narazılıq edirlər.
Belə ki, Faktinfo.az-a Nizami rayonu,Bəhruz Nuriyev 81/82 binadan verilən məlumatda bildirilir:"Yaşadığımız bina tərəfimizdən kooperativ əsaslarla inşa edilmişdir.Binada yaşayan sakinlərin ümumi razılığı olmadan binanın zirzəmi hissəsi kənar şəxs tərəfindən özəlləşdirilmişdir.Bundan sonradan xəbər tutmuşuq.Hüquq mühafizə orqanlarına şikayət edəcəyik.

Binada mənzili olmayan demək ki,kooperativin də üzvü deyil.Adam hansı paya sahibdi və yaxud hansı payı ödəyib ki,yaşadığımız binanın zirzəmi hissəsinə sahib çıxır.Bu qanunsuzluğa kim şərait yaradıb? Binaya aid zirzəminin özəlləşdirilməsi üçün ilkin sənədlər necə yığılıb,harada,hansı əsasla iclas çağrılıb,protokol tərtib olunub,sənədlərə kim möhür vurub,hüquqi tənzimləyici sənədlər necə əldə edilib bunlardan heç kimin xəbəri olmayıb."-məlumatda bildirilir.

Daha ətraflı mövzuya irəlləyən günlərdə qayıdacağıq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]