Gəncədə bəzi təkər təmiri məntəqələrinin fəaliyyəti zamanı avtomobil yollarının bir hissəsinin zəbt edilir, yollara müxtəlif əşyalar qoyularaq hərəkətə maneələr yaradılır.
Yurd.Media xəbər verir ki, bəzi təkər ustaları avtomobillərin intensiv hərəkət etdiyi yol kənarlarında özbaşına təkər təmiri ilə məşğul olur, bununla yanaşı, digər avtomobillərin dayanmasının və ya həmin ərazidən keçməsinin qarşısını almaq üçün yola müxtəlif əşyalar düzürlər.
Nəticədə avtomobil yolunun bir zolağına qədər hissə istifadəyə yararsız hala düşür. Bu isə sürücülərin hərəkətini çətinləşdirir və yollarda əlavə təhlükə yarada bilər.