Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır - HAZIRDA İSƏ...

Bu gün, 00:04           
Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır - HAZIRDA İSƏ...
“Regional Su Meliorasiya” QSC-nin sədri vəzifəsindən çıxarılan Zakir Quliyev Milli Məclisin keçmiş deputatı Elçin Quliyevin qardaşıdır.
Ölkə.az-ın xəbərinə görə, E.Quliyev həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneridir.

O, hazırda partiyanın Nərimanov rayon təşkilatının sədridir.

Qeyd edək ki, E.Quliyev 2015-2019-cu illərdə Milli Məclisə keçirilmiş seçkilərdə 63 saylı Sabirabad şəhər birinci seçki dairəsindən V çağırış deputatı seçilib.

Xatırladaq ki, Z. Quliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun müşaviri təyin olunub.

O, 2006-2024-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsində fəaliyyət göstərib. 2024-cü ildən isə "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini icra edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]