Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video

Bu gün, 16:28           
Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
Bakı Neft-Energetika Kollecinin direktor əvəzi Zümrüd Vəliyevanın doğum günündə kollecin müəllimləri ilə bağlı səsləndirilən fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Narazılıq yaradan görüntülərdən məlum olur ki, Zümrüd Vəliyeva və doğum gününə yığılan dostları kollecin bir neçə əməkdaşının işdən çıxarılmasını gülüşlə qarşılayıblar.

Belə ki, Zümrüd Vəliyevanın ad günü tədbirindən yayılan görüntülərdə iştirakçılardan birinin gələn il daha çox işçinin ixtisar ediləcəyinə dair ifadəsi diqqət çəkib.

Həmin fikir kollecdə gələcək kadr dəyişiklikləri ilə bağlı müzakirələrə yol açıb.

Əməkdaşların işdən azad edilməsinin səbəbləri, bu qərarların hansı meyarlar əsasında verilməsi və gələcəkdə yeni ixtisarların nəzərdə tutulub-tutulmadığı ciddi narazılıq yaradıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq araşdırma aparılması vacib hesab olunur.

Tribuna.az məsələ ilə bağlı nazirliyin və Bakı Neft-Energetika Kollecinin mövqeyini öyrənməyə hazırdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]