Tramp: "Ukraynanın "Starshield"ə çıxışı bərpa edilib"
Bu gün, 12:44
ABŞ Prezidenti Donald Tramp "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna üçün "Starlink" peyk sisteminin hərbi versiyası olan "Starshield"ə çıxışı bərpa etdiyini bəyan edib.
RBC xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Bununla belə, Tramp bu məsələ ilə bağlı Maskla şəxsən telefonla danışıb-danışmadığını dəqiqləşdirməkdən imtina edib:
"Mən bunu şərh etmək istəmirəm. Bilirsiniz, mən və ya başqa birisi zəng edib - bunun heç bir əhəmiyyəti yoxdur. Düşünürəm ki, ən əsası odur ki, o, çıxışı bərpa edib", - deyə ABŞ prezidenti vurğulayıb.