ABŞ-dən Zelenskiyə "istefa ver" çağırışı - “Müharibənin bitməsi üçün yeni lider lazımdır”

Bu gün, 12:07           
ABŞ-dən Zelenskiyə "istefa ver" çağırışı -
“Ukraynada müharibənin başa çatması üçün Prezident Volodimir Zelenski dərhal istefa verməlidir”.

Bizimesr,info xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flin “Substack” platformasında dərc edilən məqaləsində çıxış edib.

“Ukrayna rəhbərliyi xalqın iradəsinə qulaq asmalı, Birləşmiş Ştatlar və Avropa İttifaqı isə Zelenskiyə dərhal seçkilər keçirməsi üçün təzyiq göstərməlidir. Zelenski Ukraynanı gələcəyə aparmağa qadir lider deyil. Onun hakimiyyətdə qalması yüz minlərlə, hətta milyonlarla insanın həyatına son qoymuş müharibənin daha da uzanması riski yaradır”, – deyə Flin vurğulayıb.

Keçmiş müşavir qeyd edib ki, Ukraynanın yeni prezidenti Rusiya ilə fərqli bir dialoq qura və müvəqqəti atəşkəs müzakirələrindən daimi sülhün bərqərar olmasına keçə bilər. O, Ukrayna cəmiyyətinin tükəndiyi bir şəraitdə ölkənin daha ağıllı, təmkinli və strateji baxımdan səriştəli liderə ehtiyacının günbəgün artdığını diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl “Fox News” telekanalının efirində çıxış edən Zelenski Ukraynanın cəbhə xətti boyunca münaqişənin dondurulmasına, bununla da ölkə ərazisinin 25 faizini itirməyə razı olduğunu bildirmişdi: “İndi bizə məhz münaqişənin dondurulması lazımdır və bu, müharibəyə son qoymağın real yoludur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]