Azərbaycan bankından Trampın kürəkəninə 750 milyon dollar göndərilib? - Kuşner DANIŞDI
Bu gün, 17:28

ABŞ Prezidenti Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerlə əlaqəli hesaba Azərbaycandakı bank vasitəsilə yüz milyonlarla dollar köçürüldüyü iddia olunub.
SAVASHMEDİA.az xatırladır ki, “Vanity Fair” jurnalının 22 oktyabr 2026-cı il tarixli materialında bu əməliyyatlarla bağlı bir sıra iddialar irəli sürülüb.
Araşdırmanın müəllifi, jurnalist Metyu Koulun yazdığına görə, Niderland kəşfiyyatı Kuşnerin telefonundakı məlumatlara çıxış əldə edib və onun xarici bank hesabları ilə əlaqəli əməliyyatlar barədə məlumat toplayıb.
Azərbaycandan pul necə köçürülüb?
Məqalədə iddia olunur ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqəli bank hesabına Azərbaycandakı bank vasitəsilə təxminən 750 milyon dollar daxil olub. Həmin hesabın BƏƏ hökuməti tərəfindən maliyyələşdirilən fondla əlaqəli olduğu, Kuşnerin isə hesab üzərində imza səlahiyyətinə malik olduğu bildirilir.
Bununla belə, araşdırmada köçürməni həyata keçirdiyi iddia olunan Azərbaycan bankının adı açıqlanmır. Əməliyyatları tam bank sənədləri də ictimaiyyətə təqdim edilməyib.
Kuşner iddiaları rədd edir
Cared Kuşner yayılan məlumatları qəti şəkildə təkzib edərək onları “tamamilə yalan” və “ağlasığmaz” adlandırıb.
Onun sözlərinə görə, jurnalist irəli sürdüyü iddiaları təsdiqləyən bank çıxarışları, hesab nömrələri və konkret əməliyyat sənədləri təqdim etməyib.

