Bavariya avtobanında Tesla Cybertruck sürprizi: Bu avtomobili idarə etmək üçün adi sürücülük vəsiqəsi kifayət etmir

Bu gün, 10:18           
Bavariya avtobanında Tesla Cybertruck sürprizi:
Münhen yaxınlığında, A99 avtobanının Vaterstetten ərazisində polis tərəfindən saxlanılan Tesla Cybertruck-un yollarda hərəkətinə qadağa qoyulub.
Yoxlama zamanı məlum olub ki, avtomobili idarə edən 50 yaşlı İsveç vətəndaşının B kateqoriyalı sürücülük vəsiqəsi 4,2 ton ağırlığında olan bu avtomobili idarə etmək üçün kifayət etmir.
Polşa dövlət nömrə nişanlı avtomobil yük avtomobilləri üçün nəzərdə tutulan sürücülük vəsiqəsi tələbinə görə saxlanılaraq polis bölməsinə aparılıb. Avtomobil yalnız müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan şəxs gəldikdən sonra sahibinə təhvil veriləcək.
Sarvan Səmədoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]