Ukrayna hərbi-siyasi rəhbərliyinin Trampın təzyiqlərinə kreativ cavabı VİDEO
Bu gün, 00:01
Trampın təzyiqlərilə USQ Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb, amma və lakin... USQ Rusiyada iki böyük(Tolyatti və Omsk) sintetik kauçuk zavodunu sıradan çıxarıb. Bu zavodlar raket yanacağının komponentlərini istehsal etməklə yanaşı, benzinin oktan sayını artıran artıcı qatqıları da istehsal edirdi. Rusiyada neft emalı zavodlarına edilən hücumlardan sonra A-92, A-95 və A-100 markalı benzinlərin istehsalı ilə bağlı problemlər yaranıb. Əvəzində A-76 tipli, keyfiyyəti aşağı olan yanacaq qarışığı hazırlayırlardılar. Sonra həmin artıcı qatqıların köməyi ilə onun oktan ədədini artıraraq daha yüksək markalı benzin kimi yanacaqdoldurma məntəqələrinə göndərirdilər. Və USQ artıcı qatqıları istehsal edən zavodları vurmağa başlayıb... P.S. Videoda "Omsk kauçuk" zavoduna zərbənin nəticələrini görürük Kamran Cəfərov