Netanyahu İsrail iqtisadiyyatını mümkün beynəlxalq sanksiyalara hazırlamağı tapşırıb

Bu gün, 09:54           
Netanyahu İsrail iqtisadiyyatını mümkün beynəlxalq sanksiyalara hazırlamağı tapşırıb
İsrailin Baş naziri Benyamin Netanyahu ölkə iqtisadiyyatının və bank sektorunun mümkün sərt beynəlxalq sanksiyalara hazırlanmasının vacibliyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın İsrailə on milyardlarla dollar həcmində hərbi yardımı gələcəkdə dayandırıla bilər. Netanyahu bunun İsraildən daha çox ABŞ-da baş verən dəyişikliklərlə bağlı olduğunu bildirib və yardımın dayandırılmasının zaman məsələsinə çevrilə biləcəyini bildirib.

Baş nazir bu səbəbdən İsrailin ABŞ silahlarından asılılığını tədricən azaltmalı, həmçinin mümkün maliyyə məhdudiyyətlərinə hazırlaşmalı olduğunu vurğulayıb.

“Bilməlisiniz ki, sanksiyalar tətbiq oluna bilər. Banklara qarşı sanksiyalar isə onlardan yan keçməyə imkan verən alternativ iqtisadi sistem yaratmağı tələb edir”, – deyə Netanyahu bildirib.

O, mümkün tədbirlər sırasında alternativ valyutalardan və blokçeyn əsaslı kriptovalyuta sistemlərindən istifadəni qeyd edib. Baş nazir belə məhdudiyyətlərin tətbiqi ehtimalına qarşı fəaliyyət planının hazırlanmasını da tapşırdığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]