İordaniya kralı kilsəyə silahlı hücuma sərt cavab veriləcəyini vəd edib

Bu gün, 09:34           
İordaniya kralı kilsəyə silahlı hücuma sərt cavab veriləcəyini vəd edib
İordaniya kralı II Abdullah ölkənin cənubundakı Kərək vilayətində kilsəyə silahlı hücuma görə sərt tədbirlər görüləcəyini bəyan edib. Hadisə nəticəsində azı 6 nəfər həlak olub, 28 nəfər yaralanıb.
Kral II Abdullah “X” sosial şəbəkəsindəki paylaşımında Kərəkdə törədilən terror hücumunun ən sərt cavabla qarşılanacağını bildirib.

“Ölkəmizi təhdid etməyə cəsarət edənlərə dəmir yumruqla zərbə endirəcəyik”, – deyə İordaniya kralı vurğulayıb.

Hücumun təfərrüatları, silahlı şəxslərin kimliyi və hadisənin motivləri barədə hələlik məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]