Zelenski "Starlink"in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Bu gün, 00:11           
Zelenski "Starlink"in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə "Starlink" 161 km/saat sürətə çatdıqda əvvəlki kimi sönür.

Demokrat.az xəbər verir ki, Ukrayna lideri bunu Vaşinqtondakı "Hudson Institute"da onlayn çıxışı zamanı deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi peyk rabitəsinin işini bir neçə istiqamətdə - mülki sektorda və cəbhəyə yaxın ərazilərdə yoxlayıb. Yoxlamanın nəticələri göstərib ki, "Starlink" üçün müəyyən edilmiş məhdudiyyət hələ də aradan qaldırılmayıb.

Ukrayna Prezidenti qeyd edib ki, Kiyev mövcud limitin ləğvinin texniki mexanizmini anlayır.

"Biz bu məhdudiyyətin texniki olaraq necə ləğv ediləcəyini anlayırıq. Ümid edirik ki, "SpaceX" və ABŞ administrasiyası bunu edəcək", - Zelenski deyib.

O əlavə edib ki, ABŞ bu məsələni həll edəcəyinə dair söz verib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynada "Starlink" peyk rabitə sisteminin işindəki məhdudiyyətlərə münasibət bildirərək "SpaceX"in rəhbəri İlon Maska etibar etdiyini bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]