Qəzza üçün toplanan pullar investisiya fonduna yatırıldı: Dəyanət Vəqfinin üç rəhbər şəxsi vəzifədən çıxarıldı

Bu gün, 00:06           
Qəzza üçün toplanan pullar investisiya fonduna yatırıldı: Dəyanət Vəqfinin üç rəhbər şəxsi vəzifədən çıxarıldı
Qəzza üçün toplanan vəsaitlərin investisiya fondlarına yatırılması və bunun nəticəsində zərər yarandığı barədə iddialardan sonra Türkiyə Dəyanət Vəqfinin üç rəhbər şəxsi vəzifəsindən azad edilib.

TEREF bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, vəzifəsindən azad edilənlər arasında vəqfin baş direktoru İzani Turan, onun müavinləri Rəcəb Şükrü Balkan və Fatih Kayacan da var. Vəqfdə məsələ ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.

Məlumata əsasən, İzani Turan Qəzza üçün toplanan ianələrin investisiya fondlarına yatırıldığını etiraf edib. Onun bu məsələ ilə bağlı "Üzə çıxarsa, heç kimə izah edə bilmərik" ifadəsini işlətdiyi bildirilir.

Nəşrin məlumatına görə, Turana aylıq 180 min, Balkan və Kayacanın hər birinə isə 150 min lirə ödənilib.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]