Sayca 6-cı paket olacaq sosial ödənişlərin artırılması üzərində iş aparılır - Büdcədə dəyişiklik olmasa, nazirin adını paket qoyduğu növbəti artımlar uzaqbaşı 20-30 manat təşkil edə bilər.
Bu gün, 12:56

Əmək naziri Anar Əliyev bildirib ki, Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan yeni islahat paketi üzərində iş aparılır. Bu, sayca 6-cı paket olacaq.
Əvvəla, bu paketin hansı mənbədən maliyyələşəcəyi sual altındadır, çünki gələn ilin dövlət büdcəsində sosial xərclərin cəmi 43 milyon manat artırılması nəzərdə tutulur.
İkincisi, daha əvvəl qəbul edilən 5 paketdən sonra ölkədə;
Minimum əməkhaqqı 400 manat;
Minimum pensiya 320 manat;
Yaşa görə müavinət 220 manat;
Əlilliyə görə müavinət 180-300 manat;
Uşaq doğulduqda birdəfəlik müavinət: 600 manatdır.
Rəqəmlərdən göründüyü kimi, ödənişlər real istehlak zənbili ilə tərs münasibətdir, onun 40-50 faizinə belə çatmır.
Büdcədə dəyişiklik olmasa, nazirin adını paket qoyduğu növbəti artımlar uzaqbaşı 20-30 manat təşkil edə bilər.
Ödənişlərin əhəmiyyətli şəkildə artırılması ilə bərabər sosial sektorda çox vacib islahatların həyata keçirilməsi qaçılmazdı.
1.Mövcud əndrabadi pensiya sistemi dəyişdirilməlidir. Çünki qaydalar yaşlı əhalini pensiya hüququndan məhrum edir. Artıq ölkədə 65+vətəndaşların beşsə biri (180 min nəfər) yaşa görə 220 manat alır, bu rəqəm ilbəil sürətlə artır;
2.Əlillərin, xüsusi ilə nüharibə və ümumi səbəblərdən 1-ci dərəcə əlilıiyi olan vətəndaşların sayı süni əngəllərlə azaldılır. Çünki bu vətəndaşlar nisbətən yüksək müavinət alır. Bu, həssas qruplara qarşı olduqca antihumanist və qəddar davranışdır. Son illərdə on minlərlə fiziki məhdidiyyətli vətəndaş ya əlillikdən məhrum edilib, ya da dərəcəsi aşağı salınıb. Azərbaycanda əlillərin sayı ümumi əhali nisbətinin 4.8 faizini təşkil edir. BMT Əhali Fondunun hesablamalarına görə 11-12 faiz normal statistik göstəricidir, müharibədən çıxmış ölkələrdə isə bu rəqəm 18-20 faiz olması təbiidir. Azərbaycan müstəqil olduğu 35 ildə 65 mindən çox insan müharibələr zamanı ağır xəsarət alıb...
3.Ünvanlı Sosial Yardımdan, əlillikdən məhrum edilmiş vətəndaşlar taleyin ümidinə buraxılır. Əgər nazirlik onları bu kateqoriyaya aid etmirsə, bu onların tamamilə dövlət qayğısından məhrum edilməsi anlamına gəlməməlidir.
4.Tibbi sığortanın əlçatanlığı və keyfiyyətli tibbi xidmət təmin edilməlidir. Bu sahədə son dəyişikliklər sözlə ifadə ediləsi mümkün olmayan qəddarlıqdır. Vətəndaşlar faktiki olaraq tibbi sığortadan məhrum edilib. Heç bir normal ölkədə insanlara bu yanaşma mövcud deyil.
Bu siyahını çox uzatmaq olar. Problem o qədər çoxdur ki, yazmaqla bitəsi deyil...
Elchin Rustamli
TEREF

