Çağırışçılara xəbərdarlıq: Əks halda 100 manat cərimə olunacaqlar

Bu gün, 00:07           
Çağırışçılara xəbərdarlıq:
İlkin hərbi qeydiyyata üzrsüz səbəbdən gəlməyən vətəndaşlar, eləcə də çağırışçıları hərbi xidmətə çağırış barədə vaxtında məlumatlandırmayan qurumlar cərimələnə bilər.

TEREF xəbər verir ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşın fərdi çağırış vərəqəsində göstərilən müddətdə üzrlü səbəb olmadan müvafiq dövlət orqanına gəlməməsinə görə 100 manat cərimə nəzərdə tutulur.

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar onların müvafiq dövlət orqanına çağırılması barədə məlumat vermədikdə və ya çağırış məntəqəsinə, yaxud toplanış yerinə vaxtında gəlmələrinə mane olduqda da məsuliyyət daşıyırlar.

Belə hallarda vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər isə 600 manatdan 800 manatadək məbləğdə cərimə edilə bilərlər. (Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]