Türkiyədə futbolçu oyun zamanı infarkt keçirdi

Bu gün, 00:06           
Türkiyədə futbolçu oyun zamanı infarkt keçirdi
Türkiyənin Bartın şəhərində keçirilən futbol matçında 35 yaşlı Akın Karaaslan infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

"Haber7" xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkarlığa Keçid Liqasının 7-ci qrupunda ikinci turun oyunları çərçivəsində "Arıt Kayadıbispor" və "Gençlik Mimar Sinan Spor" komandaları Bartın Atatürk stadionunda qarşılaşıblar.

"Arıt Kayadıbispor"un 1:0 hesabı ilə öndə olduğu matçın 90+3-cü dəqiqəsində "Gençlik Mimar Sinan Spor"un futbolçusu Akın Karaaslan qəfil özünü pis hiss edərək yerə yıxılıb.

Futbolçunun vəziyyətinin ciddi olduğu məlum olduqdan sonra meydana təcili tibbi yardım briqadası və həkimlər çağırılıblar. Ona meydanda ilkin tibbi yardım göstərildikdən sonra Karaaslan təcili tibbi yardım maşını ilə Bartın Dövlət Xəstəxanasına aparılıb.

Məlumata görə, infarkt keçirən futbolçu xəstəxanada angioqrafiya prosedurundan keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]