Ukraynada "Starlink" sisteminin fəaliyyəti bərpa olunub

Bu gün, 10:34           
Ukraynada "Starlink" sisteminin fəaliyyəti bərpa olunub
Ukraynada "Starlink" peyk rabitə sisteminin fəaliyyəti bərpa olunub.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

“Starlink və Starshield sistemlərinin fəaliyyətini bütün bu məhdudiyyətlər tətbiq olunmazdan əvvəlki sürətlə bərpa etdik. Hazırda sürət bizə lazım olan səviyyədədir”, – deyə o bildirib.

Qeyd edək ki, ötən həftə bildirilib ki, ABŞ-nin "SpaceX" şirkəti Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" terminallarının işinə saatda 160 km-dən yüksək sürətlə hərəkət zamanı məhdudiyyətlər tətbiq edib. Bu səbəbdən Ukrayna hərbçilərinin bir neçə əməliyyatı baş tutmayıb. /Trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]