Lənkəranda balıq tutan kişi ölüb

Bu gün, 10:05           
Lənkəranda balıq tutan kişi ölüb
Lənkəranda balıq tutan 57 yaşlı kişi ölüb.

Hadisə rayonun Ürgə kəndi ərazisində baş verib. Belə ki, Lənkəran rayonunun Liman şəhər sakini 1969-cu il təvəllüdlü Fizuli Allahyar oğlu Həsənov Ürgə kəndi ərazisindən keçən Viravul çayında balıq tutarkən naməlum şəraitdə ölüb. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən ərazidə yüksək gərginlikli elektrik xətləri keçdiyindən ehtimal olunur ki, onun qarmağı elektrik naqillərinə toxunub. Əvvəllər F.Həsənovun ürəyində problem olduğu da bildirilir.(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]